preloader gif

Azərbaycanda dərzi, çəkməçi və bərbərlər – İCBARİ TİBBİ SIĞORTA HAQQI ÖDƏYƏCƏK


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:46 22.09.2022

Azərbayanda icbari tibbi sığorta haqqı ödəyən kateqoriya genişləndirilir. 

FED.az xəbər verir ki, bununla bağlı yeniliklər «İcbari tibbi sığorta haqqında» qanun layihəsinə dəyişiklikdə nəzərdə tutulub. 

Qanuna təklif edilən və hazırda Milli Məclisdə baxılan yeniliyə əsasən məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər ayda 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər. 

Bu məbləğ aylıq minimum əmək haqqının (hazırda 300 manat təşkil edir) 4%-i olmaqla nəzərdə tutulub. Minimum əmək haqqı artdıqca, bu məbləğin də artacaq. 

Sözügedən şəxslər bu məbləği “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alarkən ödəyəcəklər. 

Qeyd edək ki, qanun layihəsi sentyabrın 20-də Milli Məclisin müvafiq komitələrində baxılıb və plenar iclasa tövsiyə olunub.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET