preloader gif

Azərbaycanda taksi və yük maşını sürücüləri – İCBARİ TİBBİ SIĞORTA HAQQI ÖDƏYƏCƏK


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:44 22.09.2022

Azərbayanda icbari tibbi sığorta haqqı ödəyən kateqoriya genişləndirilir.

FED.az xəbər verir ki, bununla bağlı yeniliklər «Tibbi sığorta haqqında» qanun layihəsinə dəyişiklikdə nəzərdə tutulub.

Qanuna təklif edilən və hazırda Milli Məclisdə baxılan yeniliyə əsasən Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobillə sərnişin və yük daşımaları ilə, o cümlədən taksi fəaliyyəti ilə  məşğul olan fiziki şəxslər ayda 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Bu məbləğ aylıq minimum əmək haqqının (hazırda 300 manat təşkil edir) 4%-i olmaqla nəzərdə tutulub. Minimum əmək haqqı artdıqca, bu məbləğin də artacaq.

Sözügedən şəxslər bu məbləği «Fərqlənmə nişanı» alarkən ödəyəcəklər.

Qeyd edək ki, qanun layihəsi sentyabrın 20-də Milli Məclisin müvafiq komitələrində baxılıb və plenar iclasa tövsiyə olunub. 

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET