preloader gif

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Sığortaçılar Assosiasiyası ilə görüşdü


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari əmlak
17:22 23.04.2024

Gənclər və idman naziri Fərid Qayıbov ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.

ASA-dan Fins.az-a verilən məlumata görə, görüşdə İcraçı direktor Elmar Mirsalayev sığorta sektorunda görülən işlər, həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər haqqında məlumat verib.Gənclərin və peşəkar idmançıların sığortaya cəlb olunması və onların sığorta ilə bağlı məlumatlılıq səviyyələrinin artırılması məqsədilə ASA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “Sığortalı gənclik – Sığortalı gələcək” layihəsi barədə danışıb. Həmçinin ümumrespublika səviyyəsini əhatə edəcək bu layihə ilə gənclərdə sığortaya marağın artırılması və sığorta vərdişlərinin yaradılmasının mümkün olacağı qeyd olunub.Görüş zamanı gənclərə və peşəkar idmançılara ünvanlı “Sığortalı gənclik – Sığortalı gələcək” layihəsinin reallaşdırılması ilə bağlı ilkin razılıq əldə olunub.

SIĞORTANI İNDİ ƏLDƏ ET