preloader gif

İcbari əmlak

Evlerin icbari sigortasi, emlak sigorta üçün daxil olun!⚠️ Onlayn olaraq evlərin icbari sığortasını cəmi 1 dəqiqədə əldə edin. Mənzillərin icbari sığortası ⚠️ Mənzilinizin icbari sığortasını indi əldə edərək cərimələrdən yayının. İcbari əmlak sığortası sizi 1 il müddətində qoruyacaq. 

Evlerin icbari sigortasi

Evlerin icbari sigortasi son illərdə gündəmdə dolaşan sığorta mövzularından biridir. Qeyd edək ki, Daşınmaz əmlakın icbari sığortası - qanunvericiliklə tələb olunan və təbii fəlakətlər, yanğın, partlayış, subasma və digər hallarda sığorta kompensasiyasının verilməsini nəzərədə tutan sığorta növüdür. İcbari əmlak sığortası İSB tərəfindən yəni dövlət tərəfindən tənzimlənən sığorta növüdür. 

2020-ci ilin ilk aylarından etibarən daşınmaz əmlakın icbari sığortası növü üzrə cərimələrin tətbiqinə qərar verildi dövlət tərəfindən. Hazırda əmlakın icbari sığortası ilə bağlı mexanizmin tam tətbiq olunması və cərimlərin tətbiq edilməsi istiqamətində müvafiq qurumlar öz işlərini davam etdirməkdədir. Bu da bizə artıq mənzillərimizi və digər daşınmaz əmlaklarımızın sığortasını mütləq şəkildə etdirməyimizə bir çağrıdır. İnsure.az olaraq sizə daşımaz əmlaklarınızı icbari əmlak sığortası ilə sığortalamağı şiddətli şəkildə tövsiyyə edir. 

İcbari əmlak Sığortası almaq

İcbari əmlak sığortası almaq indi insure.az ilə daha asan oldu. Siz portala daxil olaraq yaşayış yerinizə aid və özünüzə aid məlumatları daxil edərək sığortanızı ala bilərsiniz. 

1
Əmlak məlumatlarını daxil edin
chixarish
2
Şəxsi məlumatlarınızı daxil edin
passport fin image
3
Sığorta şirkətləri barədə reytinq və rəylərlə tanış olduqdan sonra seçim etməyinizi tövsiyyə edirik

Üstünlük verilən şirkət

AZN

Üstünlük verilən şirkət

AZN
4
Sığorta haqqını ödəyin
AZN
5
Müqavilənin təstiq edilməsi

İcbari Əmlak Sığ ortası- Güvənəcəyiniz Sığorta Şirkəti!

İcbari əmlak sığortası vacib olan sığorta növlərindən biridir. Daşınmaz əmlak deyildikdə, hüquqi və fiziki şəxslərə məxsus olan yaşayış sahələri, qeyri-yaşayış sahələri, bütün növ bina və mənzillər nəzərdə tutulur. Təbii və qeyri-təbii fəlakətlər yaxud da hər hansı bir bədbəxtliyin nəticəsində yaranan yanğın, boru partlaması və s kimi problemlər zamanı dəymiş ziyanın ödənilməsini həyata keçirən sığorta şirkətlərinə öz daşınmaz əmlakınızı sığorta etdirərək gələcəkdə baş verə biləcək hər hansı bir problemdən minimum zərərlə xilas ola bilərsiniz. Artıq yeni təsdiq olunmuş qərara əsasən siz çox asan şəkildə daşınmaz əmlakınızı sığorta etdirə bilərsiniz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində Daşınmaz əmlakın icbari sığortası nəzərdə tutulmuşdur.

Əgər siz daşınmaz əmlakınızı sığorta etdirsəniz;

  • yanğın, ildırım düşməsi;
  • məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakınız zədələnmiş, məhv olmuş, itkiyə məruz qalmış hesab olunacaq və dəymiş ziyan hesablanaraq təzminat ödəniləcəkdir.

Ancaq aşağıdakı hallarda daşınmaz əmlakın nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

  • sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
  • sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
  • hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
  • qrunt sularının səviyyəsinin dəyişməsi;
  • suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Qanunvericilikdə yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib.

  • Bakı şəhərində yerləşən mənzilləri 50 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 25.000 manatadək, azadolma məbləği 250 manat;
  • Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən mənzilləri 40 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək, azadolma məbləği 200 manat;
  • Digər yaşayış məntəqələrində yerləşən mənzilləri 30 manat məbləğində icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək (azadolma məbləği 150 manat) məbləğdə təmiant ala bilərsiniz.

Daşınmaz əmlakın icbari sığortası üstünlükləri:

Daşınmaz əmlakın icbari sığortası günümüzdə ən vacib nüanslardan biridir. Insure.az ilə siz artıq bütün sığorta növlərinə hakim olacaqsınız. Belə ki, İcbari Əmlak sığortası sizə aşağıdakı üstünlükləri təmin edəcək. 

İcbari əmlak sığortası ilə ev sığortasının üstünlükləri

Ev sığortası sizi ola biləcək hadisələrdən Bakı şəhərində 25,000 manatadək, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20,000 manatadək, digər şəhər və bölgələrdə 15,000 manatadək sığortalayır. Ev sigortasi çox az bir məbləğ ödəməklə sizi böyük həcmli rəqəmlərdən qoruyur.   

Mənzil sığortası növü üzrə sığorta haqqı, mənzillər üzrə Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və bölgələrdə 30 manat təşkil edir. Digər növ daşınmaz əmlakın icbari sığortası haqqı, əmlakın dəyərindən asılı olaraq 0,16%-dən 0,35%-dək dəyişir. Bakı şəhərində menzil sigortasi üçün illik və bir dəfəlik olaraq ödədiyiniz  50 AZN məbləği əslində aylıq olaraq bölsək cəmi 4.1 AZN düşür. Bu da icbari əmlak sığortası zamanı 25000 manatadək olan təminatın qarşısında çox kiçik məbləğdir. Bunun əsas götürərək insure.az olaraq sizə sığortalanmanızı tövsiyyə edirik.  

Evlerin icbari sigortasi haqqında qanun

Evlerin icbari sigortasi haqqında qanuna baxmaq istəsək - Azərbaycan Respublikasın qanunvericiliyinə görə hüquqi və fiziki şəxslərə məxsus tikililər, yaşayış və qeyri-yaşayış sahələri, yaşayış evləri və binalar, mənzillər, habelə dövlət əmlakı icbari şəkildə sığorta edilməlidir. Bu qanunu rəhbər tutaraq siz də daşınmaz əmlakınızın icbari sığortasını mütləq şəkildə etdirməlisiniz. Həmçinin bu sığorta növü sizin üçün çox faydalıdır. 

Onlayn icbari əmlak sığortası 

Artıq insure.az sizə tam olaraq onlayn icbari əmlak sığortası almağı təklif edir. Siz sadəcə əmlak üçün tələb olunan sənədlərin nömrəsini və şəxsi məlumatlarınızı daxil edərək onlayn icbari əmlak sığortası ala biləcəksiniz. Bu da sizi müxtəlif sığorta agentlərinin fırıldaqlarında, fiziki olaraq sığorta şirkətinə yaxınlaşmaq əziyyətindən qurtaracaq. Onlayn icbari emlak sigortasi almaq üçün sizə cəmi 1 dəqiqə yetərlidir.