preloader gif

Sığorta olmazsa, kənd təsərrüfatı sektoru inkişaf etməz


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta 10:48 27.08.2019 | 664
Bunu sığota eksperti Kamran Babayev deyib. 
 
"Aqrar sektor ölkəmizdə prioritet sektorlardan biridir. Bu sektorun inkişafı üçün mütləq şəkildə həm fermerlər, həm də sığorta şirkətləri üçün maraqlı və cəlb edici olan sığorta modeli olmalıdır. Sığorta olmazsa, kənd təsərrüfatı sektoru inkişaf etməz. Bu sahədə sığortanı inkişaf etdirmək üçün sığorta haqqında Dövlətin dəstəyini özündə əks etdirən sığorta modeli tətbiq edilməlidir. Gözümüzün önündə bu yolu keçmiş digər ölkələr var. Onların keçdiyi yola baxıb, onların etdiyi səhvləri təkrarlamamaq üçün  bizim üçün bu böyük fürsətdir".