preloader gif

Standard İnsurance"ın rəhbərliyində dəyişiklik olub!


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

05:24 07.11.2017 | 996

"Standard İnsurance" Sığorta Şirkətinin səhmdarlarının 27.11.2017-ci il tarixli qərarı ilə İdarə Heyətinin tərkibində dəyişiklik olunub.
Bu barədə Fins.az-a sığorta şirkətindən bildirilib. Məlumata görə, sığorta şirkətinin idarə heyətinin sədri Kamran Bağırov  və idarə heyəti sədrinin birinci müavini Emin Bünyadov işdən azad olunub. idarə heyətinin yeni sədri Anar Sadıxov, idarə heyəti sədrinin birinci müavini şirkətin Sığorta Hadisələri və Hüqüq Departamentinin direktoru Tural Əsgərov təyin edilib.

Qeyd edək ki, Anar Sadıxov 11 ildən artıq bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

ASC “Standard İnşurance” Sığorta Şırkəti 2002-ci ildən fəaliyyət göstərir. ASC “Standard İnşurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətli inkişaf edən sığorta şirkətlərindən biridir və ölkənin müxtəlif bölgələrini əhatə edən geniş xidmət şəbəkəsinə malikdir.

mənbə fins.az