Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi məlumata görə, hazırda qeyri-həyat sığortası üzrə minimum kapital tələbi 5 mln. manat, həyat sığortası fəaliyyəti üzrə 10 mln. manat, təkrarsığorta fəaliyyəti üzrə isə 20 mln. manatdır. Palata hesab edir ki, hazırki vəziyyətdə sığortaçıların kapitallaşma səviyyəsi qənaətbəxş hesab edilə bilər.
Lakin qeyri-rəsmi məlumatlara əsasən, hazırda sığorta şirkətlərininin bəzilərində bu tələb belə özünü doğrultmur. Ümumilikdə sığorta fəaliyyəti üçün 5 milyon manatın o qədər yüksək məbləğ olmadığını nəzərə alsaq, bu vəsaitin belə tam şəkildə ödənilməməsi sektor üçün əlavə risklər yaradır. Buna görə də tənzimləyici orqan şirkətləri “maliyyə intizamı”nı bərpa etməyə çağırıb.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 80.1-ci maddəsinə əsasən sığortaçı olmaq üçün nizamnamə kapitalına olan tələb məhz pul ilə ödənilməlidir. Çünki sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti birbaşa kapital dayanaqlığından asılıdır.
Sığortada nizamnamə tələbi artırılacaqmı?
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
22:31 08.04.2019
|
1042
Sığorta Xəbərləri
-
Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub .
-
Yeni strategiya ilə ortamüddətli dövrdə sığorta bazarının 2 dəfə böyüməsi gözlənilir
-
“Xalq Sığorta”nın sığorta ödənişi 1 938 min manat olub
-
"Meqa Həyat Sığorta"nın sığorta ödənişi 34 min manat olub
-
“Paşa Sığorta”nın sığorta ödənişi 55 % artıb
-
“İpək Yolu Sığorta”nın yığımları 31,8 % azalıb