23:45 04.02.2019
Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalı növbəti yeniliyini aktivləşdirib. Artıq istifadəçilər sığorta şirkətini seçərkən, şirkətin adının qarşısında olan 3 fərqli düyməni basaraq, sığorta şirkətlərinin müxtəlif göstəricilərini yerindəcə müqayisə edə biləcəklər. Birinci düyməni basaraq, istifadəçi seçilən sığorta şirkətinin yeddi növdə maliyyə göstəriciləri ilə tanış olma imkanını əldə edəcək. Belə ki, portal bütün sığorta şirkətlərinin balans, beynəlxalq maliyyə, yerli audit, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər, mənfəət və zərər və üçot siyasəti və izahlı qeydlər üzrə hesabatlarını bir yerə toplamışdır. İkinci düyməni basaraq, istifadəçi sığorta şirkətlərinin statistik göstəriciləri ilə tanış olma imkanını əldə edəcək. Belə ki, portal bütün sığorta şirkətlərinin son 24 ay ərzində bütün aylar üzrə ayrılıqda sığorta haqları və sığorta ödənişləri barədə göstəricilərini bir yerə toplamıdır. Üçüncü düyməni basaraq, istifadəçi seçilən sığorta şirkətinin "İlin sığorta şirkəti" nominasiyası üzrə reytinq göstəriciləri ilə tanış olma imkanını əldə edəcək. Belə ki, portal bütün sığorta şirkətlərinin obyektiv reytinqini müəyyən etmək üçün, şəffaf səs vermə sistemi yaratmışdır.
Portalın bu yeniliyi sığorta almaq istəyən şəxslərə, şirkətlər arasında seçim etməkdə yardım edəcəkdir. Qeyd edək ki, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta şirkətləri müştərinin istəyi ilə şirkətin bütün maliyyə göstəricilərini müştəriyə göstərməyə borcludur.
Sığortaçılar arasında növbəti dəfə “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirildi
ASA beynəlxalq "İpək Yolu Sığorta Forumu"nda iştirak edib
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Azərbaycanda “InsurTech” ilə bağlı ilk dərsliyin təqdimat mərasimi keçirildi
Azərbaycanda “Sığorta Agentləri və Vasitəçiləri Forumu” keçirilib
Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcə
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.