preloader gif

Ata Sığorta İlin Sığorta Şirkəti oldu!


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

05:24 07.01.2018 | 1261

Azərbaycanın ilk mərkəzləşdirilmiş onlayn sığorta portalı olan insure.az, "İlin Sığorta Şirkəti" nominasiyasında müsabiqə yekunlaşmışdır. Səsvermənin yekunlarına əsasən Ata Sığorta şirkəti 2811 səsdən 1117-sini toplayaraq qalib olmuşdur. 

Qeyd edək ki, sözü gedən müsabiqə ilk dəfədir ki, keçirilir. Bu müsabiqənin təsis edilməsində əsas məqsəd şəffaf səsvermə nəticəsində qalibin müəyyən olunmasından ibarətdir.  Şərtlərə əsasən, saytda qeydiyyatdan keçən istifadəçi il ərzində yalnız bir dəfə, bir şirkətə səs verə və ya səsini dəyişə bilir. Portal səsvermənin şəffaflığına zəmanət verir. Hətta, nəticələrə etiraz edən şirkətə səsvermə prosesini audit etmə imkanı da yaradılır. Səsvermənin nəticələri hər ilin dekabr ayının 25 tarixində elan olunur.

Ata Sığorta şirkətini bu münasibətlə kollektivimiz adından təbrik edirik.