preloader gif

Aqrar Sığorta Fondu 2023-cü ilin nəticələrini AÇIQLAYIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari Əmlak
12:48 03.04.2024

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 2023-cü il üzrə nəticələr açıqlanıb. Aqrar Sığorta Fondunun məlumatına görə, ötən il sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı, toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi, eləcə də sığorta ödənişləri kəskin artıb.

Bu barədə Fins.az ASF-dən məlumat verilib.

2023-cü ildə ölkə üzrə sığortalanmış əkinlərin sahəsi 114 min hektar və ya 43% artaraq 380 476 hektara çatıb. Əkin sahələrinin sığortası üzrə fermer və təsərrüfatlarla 43 min müqavilə imzalanıb.

Bitkiçilik sahəsindən toplanan sığorta haqları 3,6 milyon manat və ya 40% artaraq 12,4 milyon manat təşkil edib. Fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı 506 milyon manata yüksəlib. 2023-cü ildə ən çox sığortalanan əkin sahələri - buğda, arpa, pambıq və qarğıdalı olub.

Ötən il Aqrar Sığorta Fondu tərəfindən 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığortalanıb, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.

2023-cü ildə aqrar sığorta mexanizminin fermerlərə dəstəyi daha da güclənib. Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermer və təsərrüfatlara böyük məbləğdə ödənişlər edilib. Belə ki, sığorta ödənişləri 2022-ci illə müqayisədə 2 milyon manat və ya 80% artaraq 4,4 milyon manata yüksəlib. Ödənişlərdən 3,5 milyon manatı bitkiçilik, 910 min manatı heyvandarlıq sığortasının payına düşüb. Bitkiçilik üzrə ödənişlər 2 dəfə, heyvandarlıq sığortası üzrə 28% artıb.

2023-cü ildə bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Ağdam, Şəki və Qobustan rayonları olub. Ən böyük məbləğdə sığorta ödənişləri - buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə verilib.

Aqrar Sığorta Fondunun məlumatına görə, bitkiçilik sığortası sahəsində ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr fırtına-qasırğa, sel-subasma, dolu, 3-cü şəxslərin hərəkətləri və yanğın olub.

Qeyd edək ki, dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmində fermerlər sığorta haqlarının yalnız yarısını ödəyirlər, qalan 50%-i fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər və təsərrüfat sahibləri kiçik məbləğdə ödəniş etməklə əkin sahələrini və heyvandarlıq təsərrüfatlarını sığorta edə bilirlər. Aqrar Sığorta Fondunun fəaliyyəti, göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və tariflərlə Fondun internet səhifəsi (asf.gov.az) vasitəsilə tanış olmaq mümkündür.

Fuad Mədətov

SIĞORTANI İNDİ ƏLDƏ ET