preloader gif

Vüsal Qurbanov: İcbari Sığorta Bürosunun və sığortaçıların elektron informasiya sistemlərində təkmilləşdirilmə işləri aparılacaq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
15:29 29.09.2022

İcbari Sığorta Bürosunun elektron informasiya sistemlərində və sığortaçıların elektron informasiya sistemlərində təkmilləşdirilmə işləri aparılacaq.

Bunu "Fins.az"-a açıqlamasında Mərkəzi Bankın Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

O bildirib ki, hər hansı hüquqi tənzimləmə varsa bunun rəqəmsal və yaxud elektron platformalarda həyata keçirilməsi önəmlidir. Biz buna xüsusilə diqqətlə yanaşırıq. Hazırda icbari sığorta növlərinin tam elektronlaşdırılması və bu növlər üzrə xidmətlərin alınmasında elektron vasitələrdən istifadə olunmasına çalışırıq. Buna uyğun olaraq da İcbari Sığorta Bürosunun elektron informasiya sistemlərində və  sığortaçıların elektron informasiya sistemlərində təkmilləşdirilmə işləri aparılacaq.

Vüsal Qurbanov sistemin rəqəmsallaşmanın əsas məqsədlərinə aydınlıq gətirərək "Burada əsas məqsədimiz ondan ibarətdir ki, sığortalı sığorta xidmətini  və yaxud da müqaviləsini almaq üçün elektron vasitələrdən istifadə etmək imkanı olsun, əlçatanlıq təmin olunsun və sığorta hadisəsi baş verərsə sığorta hadisəsinin tənzimlənməsi yəni zərər ödənişinin verilməsində elektron vasitələrdən maksimum istifadə olunmasıdır"-deyə qeyd edib.

Vüsal Qurbanov avtomatlaşdırmanın vətəndaşların sığorta xidmətlərinə əlçatanlığının təmin olunmasında rolunu açıqlayaraq "Ona görə ki,bu avtomatlaşdırma həm çevik həm keyfiyyətli xidmətin göstərilməsinə səbəb olacaq həm də xidmətlərin izlənilməsi mümkün olacaq.Vətəndaşlar artıq xidmət səviyyəsini qiymətləndirmək üçün bəlli bir alətlərə sahib olacaqlar,"-deyə əlavə edib.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET