preloader gif

Azərbaycanda sığortaçıların sığorta haqları 12,8% artıb, ödənişləri - 16,5% AZALIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:00 27.09.2022

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 654 milyon 917,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,8% çoxdur.

FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 493 milyon 685,9 min manat (artım 23,8%) və ya bazar üzrə bütün sığorta haqlarının 75,4%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 282 milyon 787,1 min manat (artım 30%), qeyri-həyat sığortası üzrə sığorta haqları 210 milyon 898,8 min manat (artım 16,3%) təşkil edib.

İcbari sığorta növləri üzrə sığorta haqları 161 milyon 232,1 min manat (azalma 11,3%) təşkil edib.

Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (263 milyon 969,9 min manat), könüllü tibbi sığorta (84 milyon 785,4 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (69 milyon 920 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 63,9%-ni təmin edib.

Yanvar-avqust ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 283 milyon 671,5 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16,5% azdır.

Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 220 milyon 316,8 min manat (azalma 14,5%) və ya bazar üzrə bütün ödənişlərin 77,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 157 milyon 361,6 min manat (azalma 17,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 62 milyon 955,2 min manat (azalma 6,6%) məbləğində olub.

Yanvar-avqust aylarında icbari sığorta növləri üzrə ödənişlər 63 milyon 354,7 min manat (azalma 22,9%) təşkil edib.

Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (59 milyon 505,5 min manat), həyatın yaşam sığortası (155 milyon 445,6 min manat) və könüllü tibbi sığorta (50 milyon 38 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-avqust aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 93,4%-ni təmin edib.

Yanvar-avqust aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,4% azalıb.

Avqust ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.

AMB-nin məlumatına görə, 2022-ci ilin 8 ayı ərzində sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (278,987 milyon manat), “PAŞA Sığorta” (153,503 milyon manat), “Atəşgah Həyat Sığorta” (33,17 milyon manat), “Qala Sığorta” (30,447 milyon manat) və “Xalq Sığorta” (26,142 milyon manat) daxil olub.

Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 79,7%-i bu şirkətlərin payına düşüb.

Cari ilin 8 ayı ərzində ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (142,374 milyon manat), “PAŞA Sığorta” (48,031 milyon manat), “Xalq Sığorta” (16,929 milyon manat), “Atəşgah Həyat Sığorta” (15,595 milyon manat) və “Azərsığorta” (15,287 milyon manat) qərarlaşıb.

Bu dövrdə sığortaçıların ödənişlərinin 84%-i bu 5 şirkətin payına düşüb.

8 ayın yekunları üzrə sığorta sektorunun penetrasiya səviyyəsi 0,8% təşkil edib. (İinterfaks-Azərbaycan)

Mənbə:  Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET