preloader gif

Azərbaycanda avro və funt-sterlinqin məzənnəsi 6 ilin minimuma düşüb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:23 22.09.2022

ABŞ FED-nin ötən gün uçot faiz dərəcəsini 0.75 faiz bəndi artıraraq 3.25%, yəni 2008-ci ildən bu tərəfə maksimuma çatdırmasından sonra avronun məzənnəsi ucuzlaşıb.

Banker.az xəbər verir ki, dollar/manat cütlüyünün məzənnəsi sabit (1.7000) olduğu üçün avtomatik olaraq avro/manat məzənnəsi də düşüb.

122321312

Azərbaycan Mərkəzi Bankının 22 sentyabr 2022-ci il tarixinə rəsmi məzənnəsində 1 avro 1.6710 manat təşkil edib.  Bu da 1.3% ucuzlaşma deməkdir. Avro/manat cütlüyünün məzənnəsi sonuncu dəfə 2016-cı ilin 27 mayında qeydə alınmışdı.

İngilis funtsterlinqi ikinci devalvasiyadan bu tərəfə ən aşağı həddə düşüb. GBP/AZN rəsmi məzənnəsi 1.9115 təşkil edir.

Türk lirəsi/manat cütlüyünün rəsmi məzənnəsi isə tarixi minimuma – 0.0927 səviyyəsinə düşüb.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET