preloader gif

“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı təkrar hərrac keçiriləcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
17:26 18.10.2021

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil, onların ümumilikdə ilkin satış qiyməti olan 1.500.000 (bir milyon beş yüz  min) manatdan 10 % aşağı olmaqla, yəni 1.350.000 (bir milyon üç yüz əlli min ) manata təkrar (növbəlilik qaydasında) açıq hərraca çıxarılmışdır. Təkrar hərrac  “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən  22 oktyabr 2021-ci il tarixində saat  11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

ASC “Standard Insurance”-nin ləğvetmə komissiyasından Fins.az-a verilən məlumata görə, təkrar hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 13.500 (on üç min beş yüz)  manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb.

 Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi  İlkin hərrac qiyməti AZN Təkrar hərrac qiyməti AZN Beh AZN
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 1 500 000 1.350. 000 13.500
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/tekrar-herracin-kecirilmesine-dair

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.         

Mənbə: Fins.az                                                             

SIĞORTANI İNDİ ƏLDƏ ET