preloader gif

Əhali bu səbəbə görə sığorta müqaviləsini yeniləmir - AÇIQLAMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:34 27.05.2021

Azərbaycan Respublikası Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində keçirilmiş sorğunun yekun nəticələri açıqlanıb.

ASA-dan verilən məlumata görə, 2150 respondent arasında keçirilmiş sorğu nəticələrindən aydın olub ki, əhalinin 19%-i, biznes subyektlərinin isə 12%-i məhz həmin il hər hansı bir sığorta hadisəsi baş vermədiyi üçün sığorta müqaviləsini yeniləmir.

Soğru çərçivəsində əldə olunmuş digər bir məlumata görə, əhalinin 37%-i, biznes subyektlərinin isə 47%-i sığorta xidmətlərini əmlak sığortasına görə, əhalinin 35%-i, biznes subyektlərinin isə 48%-i avtomobil sığortasına görə tanıdığını bildirib.

Sorğu nəticəsində məlum olub ki, əhalinin 43%-i, biznes subyektlərinin isə 71%-i sığorta xidmətlərindən aktiv olaraq yararlanır.

Respondentlər arasında əhalinin 63%-inin, biznes subyektlərinin isə 61%-inin sığorta ilə bağlı hər hansı neqativ halla rastlaşmadığı ortaya çıxıb.

Soğru nəticələrinə görə, sığorta ilə bağlı məlumatları repondentlərdən əhalinin 45%-i, biznes subyektlərinin isə 36%-i televiziya kanallarından, yenə əhalinin 25%-i, biznes subyektlərinin isə 32%-i internet portalları və xəbər saytlarından əldə etdikləri məlum olub.

 

 

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET