preloader gif

Bu dəfə güzəştli mənzilləri ən çox müəllimlər, polislər və hərbçilər alıb - SİYAHI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:48 07.12.2022

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sentyabrın 24-ü və 29-da keçirilən mənzil seçiminin – güzəştli mənzxil satışının nəticələrini açıqlayıb.

FED.az xəbər verir ki, ümumilikdə güzəştli kateqoriyadan olan vətəndaşlar 815 mənzil alıblar.

Bunlardan 212-si öz hesabına, 603 mənzil isə ipoteka krediti ilə alınıb.

Mənzil alanlar arasında ən çox müəllimlərdir – 278 nəfər (və ya 35%). 170 nəfər (21%) hazırda və keçmiş hərbçi işləmiş şəxslər, 168 nəfər (21%) hazırda və keçmiş dövlət qulluqçuları, 78 nəfər keçmiş polislər olub.

 Bu dəfəki satışlarda cəmi 3 şəhid ailəsi və 1 Milli Qəhrəman ailəsi güzəştli mənzil ala bilib.

Fəlsəfə və elmlər doktorları və idman sahəsində nailiyyətləri olanların aldığı mənzillərin sayı 15 olub.

SIĞORTANI İNDİ ƏLDƏ ET