Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sentyabrın 24-ü və 29-da keçirilən mənzil seçiminin – güzəştli mənzxil satışının nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ümumilikdə güzəştli kateqoriyadan olan vətəndaşlar 815 mənzil alıblar.
Bunlardan 212-si öz hesabına, 603 mənzil isə ipoteka krediti ilə alınıb.
Mənzil alanlar arasında ən çox müəllimlərdir – 278 nəfər (və ya 35%). 170 nəfər (21%) hazırda və keçmiş hərbçi işləmiş şəxslər, 168 nəfər (21%) hazırda və keçmiş dövlət qulluqçuları, 78 nəfər keçmiş polislər olub.
Bu dəfəki satışlarda cəmi 3 şəhid ailəsi və 1 Milli Qəhrəman ailəsi güzəştli mənzil ala bilib.
Fəlsəfə və elmlər doktorları və idman sahəsində nailiyyətləri olanların aldığı mənzillərin sayı 15 olub.