preloader gif

Sığorta sektorunda nə çatmır?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri,İcbari tibbi sığorta,icbari tibbi sigorta
15:46 01.10.2021

“Təqdirəlayiq addımlardan birini vurğulamaq istərdim ki, son dövrlərdə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosasiyasının birgə fəaliyyəti, təşəbbüskarlığı bu istiqamətdə birgə atdığı addımlar inkişafa gətirib çıxaran faktorların tezləşməsinə xidmət edir”.

Bu barədə Fins.az-a “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin müavini Fuad İsmayılov deyib.

O, bildirib ki, qeyri-neft sektorunun, maliyə bazarlarının inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti göz qabağındadır. Belə ki, dövlət rəhbərliyinin atdığı addımlar, qəbul etdiyi qərarlar, normativ aktlar, müvafiq dəyişikliklər bu sektorun inkişafına birbaşa təsir edən addımlardandır.

“Bu gün Mərkəzi Bank başda olmaqla, bu quruma nəzarət edən, birbaşa və ya dolayı yol ilə təsir edən orqanlar öz fəaliyyətlərində dövlət rəhbərliyinin siyasətini əsas tutaraq müvafiq addımlar atırlar.

Sektorun inkişafına yönəlmiş dəyişiklikləri, yenilikləri hər birimiz ilbəil müşahidə edirik. Lakin, bu qərarların icrasının operativliyini artırmağa, gözəçarpan şəkildə inkişafı hiss etməyə potensiallar hələ də kifayət qədərdir. Bununla bağlı qeyd etmək istərdim ki, sığorta sektorunda sığorta şirkətlərinin təşəbbüskarlığı olsa, bu qərarların icrasında həmrəy və həmfikir olsalar, o zaman bu sektorun inkişafı daha da gözəçarpan olar.

Təqdirəlayiq addımlardan birini vurğulamaq istərdim ki, son dövrlərdə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosasiyasının birgə fəaliyyəti, təşəbbüskarlığı bu istiqamətdə birgə atdığı addımlar inkişafa gətirib çıxaran faktorların tezləşməsinə xidmət edir. Son dövrdə şirkətimizin, eləcə də digər şirkətlərin iştirak etdiyi sığorta sektorunun inkişafına istiqamətlənmiş  ASA (Azərbaycan Sığortaçılar Assosasiyası) ilə Mərkəzi Bankın aktiv birgə fəaliyyət tədbirlərini qiymətləndirirəm.

Düşünürəm ki, Azərbaycanın Sığorta Şirkətləri tərəfindən bazarda olan problemlərin müzakirə olunması, aradan qaldırılmasına yönəlik tədbirlər planının hazırlanması, əhalidə sığorta sektoruna olan inamın artırılması istiqamətində MB və ASA tərəfindən atılan addımlar növbəti illərdə fayda verəcək”.



Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET