preloader gif

Sığorta təhsilinin olması bazardakı vəziyyəti nə qədər yaxşılaşdıra bilər? - AÇIQLAMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
15:33 01.10.2021

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyəti Sədrinin müavini Fuad İsmayılov sığorta təhsilinin olması bazardakı vəziyyəti nə qədər yaxşılaşdıra bilər mövzusunda açıqlama verib.

F.İsmayılov Fins.az-a sözügedən məsələ ilə bağlı misal çəkib:

Bu sualı bir misal ilə cavablamaq istəyirəm. Misal konkret sığorta sahəsində deyil, lakin vətəndaşların özlərini peşəkarlara həvalə etməsinə aid real misaldır. Yaponiyada insanların aktivliyi, işgüzarlığı, həyat fəallığı həddindən artıq yüksəkdir. İnsanlar burada işə gedib-gələrkən metrolardan geniş şəkildə istifadə edirlər. Metro stansiyalarında bir ara həddindən artıq çox tıxac insanların işə gecikməsinə və s. narazılaqlara səbəb olurdu. Yapon mədəniyyətinə görə insanların bir-birinə toxunması onların şəxsi zonasına daxil olmaq kimi qiymətləndirilirdi və insanlar bunu qəbul etmirdilər. Beləcə, həddindən artıq çox tıxaclar yaranırdı. Bu problemi aradan qaldırmaq üçün  Yaponiyanın metropoliteni xüsusi bir funksional yaratdı. Belə ki, xüsusi forma geyinmiş bir qrup şəxs tıxac zamanı metro vaqonlarında sərnişinlərin sıxlığına nəzarət edirdi. Onların əsas funksionalları insanları  vaqonlara yerləşdirməkdən ibarət idi. Artıq metroda sərnişinlər bu şəxslərə peşəkar kimi yanaşdığı üçün onlara etibar edirdilər. Yaranan etibardan dolayı həmin şəxslərin sərnişinlərə toxunması onlarda qıcıq yaratmırdı. Düşünürdürlər ki, bu onların peşəsidir və sadəcə vəzifələrini icra edirlər. Bu atılan addım Yaponiyada gecikmələrin və tıxacların qarşısını almağa gətirib çıxardı. Bunu ona görə qeyd edirəm ki, hər bir sahədə insanlar özlərini peşəkarlara etibar edirlər. Sığorta təklifini edən əməkdaş və ya sığorta nümayəndəsi satdığı məhsul, onun faydaları və s. barədə insanlara ətraflı, düzgün peşəkar və savadlı şəkildə məlumat təqdim etsə, bu, insanlarda sığortaya marağın və etibarın artmasına şərait yaradacaq”.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET