preloader gif

Əmlakı icarəyə verən fiziki şəxslərin gəlirlərinin icbari tibbi sığortaya cəlb olunması


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:11 13.09.2021

Dövlət Vergi Xidməti bildirir ki, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Fins.az-ın məlumatına görə, əmlakın icarəyə verilməsindən gəlir əldə edən fiziki şəxslərin həmin gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edildiyindən, fiziki şəxslərin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulub.

Əsaslandırma: Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi, Tibbi sığorta haqqında qanunun 15-2-ci, 15-10.1.3-cü, 15-11.4-cü maddələri.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET