preloader gif

Sığorta eksperti lisenziyalı agentlərin üzləşdiyi çətinlikdən danışdı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
11:36 13.09.2021

Sığorta üzrə ekspert Ləman Babayeva əhalinin böyük bir qismini narahat edən problemi dilə gətirib.

Fins.az xəbər verir ki, o, Mərkəzi Banka və İcbari Sığorta Bürosuna müraciət edərək sığorta şirkətlərinin bir çox marka və modellerə müqavilə yazmağı qadağan etdiyini, lakin bu gün bazarda həmin avtomobillərin 40%-dən çox paya malik olduğunu qeyd edib:

“Bakı, Abşeron Sumqayıt qeydiyyatlı və seriyalı avtonəqliyyat vasitələri ümumiyyətlə, gözlərinin düşmənidir. Hələ bu azmış kimi, bizə - yəni lisenziyalı agentlərə hədə-qorxu gəlinir ki, qadağan olunmuş marka-model, mühərrik həcmli avtonəqliyyat vasitəsinə müqavilə yazsanız, sizinlə olan agent əməkdaşlıq müqavilənizə xitam veriləcək və cərimə olunacaqsınız. 

Biz müştəriyə nə deyək? Bütün şirkətlər online satışı bağlayıb, agentlərə də rəsmi və qeyri rəsmi xəbərdarlıq edilib. Sabah biz müqaviləmiz xitama getməsin deyə, bu qadağalara riayət eləsək və müştəriyə imtina versək, bizi hansı aqibət gözləyir? 

Xahiş edirəm, aydınlıq gətirin. Gətirin ki, biz də bu cavabı müştəriyə deyib özümüzü sığortalayaq”.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET