On this page, you can see reviews written about various insurance companies. You can also rate
and leave a comment.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.
Dövlət Sığorta Şirkəti
Subject: ödənişin əsassız şəkildə kecikdirilməsi
31.10.2018-ci il tarixdə Xırdalan şəhəri, ekologiya postu ərazisində (eurohom maqazinin yaxınlığında) 99CH579 DQN şəxsi avtomobilimə Azərsığorta Dövlət kommersiya şirkətində sığortalı olan 99EV440 nömrəli dartıcının qoşqusu ( 10ZG917) qabaq sol qanadını əzmişdir.Hadisə yerinə əlaqədar dövlət orqanının işçiləri çağırılmış və Azərsığortaya məlumat verilmişdir. Hadisə ilə əlaqədar bütün sənədləri 02.11.2018-ci il tarixdə Azərsığortaya təqdim etməyimə baxmayaraq sığorta şirkəti əsassız şəkildə mənə dəymiş ziyanı ödəmir. Qeyd edim ki, hesablanmış ziyan cəmi 120 manatdır və mənə bir həftəyə ödəniləcəyinə söz verilmişdi.Azərsığortanın qanunsuz hərəkətinin qarşısını almağı və mənə köməklik etməyinizi xahiş edirəm.Belə hallar insanların Azərsığorta şirkətinə inamı azaldır və nüfuzunu aşağı salır. Şikrətdən bunları nəzərə almaları vacibdir.
Status : Resolved
10:49 06.12.2018
Dövlət Sığorta Şirkəti
Sizin 06 dekabr 2018-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş Məmmədov Ramiz İsa oğluna məxsus TOYOTA PRADO markalı, AZ 99 CH 579 dövlət nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar 120 (bir yüz iyirmi) manat sığorta ödənişi hesablanmış və ödənilməsi barədə Mühasibat Uçotu Departamentinə 12 dekabr 2018-ci il tarixli CML-1781 saylı akt verilmişdir. Məlumat üçün bildiririk ki, vətəndaş Məmmədov Ramiz İsa oğlu 12 dekabr 2018-ci il tarixli CML-1781 saylı akta imza edərək məbləğ ilə razılaşdığını bildirmişdir.
2018-12-19 09:49:41