Dekabrın 11-də, saat 14:00-da “Amrah Sığorta” ASC-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Fins.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin ləğv olunması prosesinin müzakirə olunması məsələsi daxildir.
Mənbə: Fins.az