Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
01.10.2020ci il tarixdə,saat 11-20 radələrində 20dt823 nömrəli VAZ-217030 nömrəli n/v-ni maşına etibarnaməsi olmayan Nəsibov Ilkin Fəxri oğlunun adına icbari sığorta yazıblar.Hansıki mövcud qanunvericilkdə Mülki Məcəllənin 889.2;889.4 və889.7 maddələrinə görə "Sığorta marağının mövcudluğu qanunla və ya mülki hüquqi müqavilə ilə tanınır" Sığorta marağı mövcud olmadan bağlanan müqavilə slğorta müqaviləsi sayıla bilməz..
Odurki Mülki məcəllənin qanunlarına riayət etmədən ağıllarına gələn vətəndaşın adına sığorta yazaraq qanunları bilərəkdən pozurlar..
ISB və Mərkəzi bankın bu məsələ ilə bağlı çox ciddi tədbir görməyi vacibdir!!!