preloader gif

“İpək Yolu Sığorta”nın xalis mənfəəti 22% azalıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

online sigorta
17:22 06.10.2023

Hesabat dövründə, “İpək Yolu Sığorta”nın əsas əməliyyat gəlirləri 4 dəfə azalaraq 1,62 milyon manata enib. Ötən ilin ilk yarısında bu rəqəm 6,49 milyon manat təşkil edib. Sığorta şirkətinin investisiya gəlirləri 263,2 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 17,8% çoxdur. Bu dövrdə, “İpək Yolu Sığorta”nın subroqasiya gəlirləri olmayıb, sair gəlirləri isə 1,18 milyon manata kimi ( 2022-ci ilin 6 ayında bu rəqəm 865 manat olub) artıb. Nəticədə, şirkətin cəmi gəlirləri 6,75 milyon manata bərabər olub ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 45,6% azdır.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 56,8% azalaraq 2,3 milyon manata enib, sığorta ödənişləri 60,5% artaraq 89,7 min manata, işlərin aparılması xərcləri isə 10,4% artaraq 903,7 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 1,9 dəfə azalaraq 3,21 milyon manata enib.

2022-ci ildə “İpək Yolu Sığorta”nın maliyyə mənfəəti 21,8% azalaraq 466,9 min manat, mənfəət vergisi üzrə ödəməsi 21,8% azalaraq 93,4 min manata enib.

Sığorta şirkəti ilin əvvəlinə nisbətən 33%-dən çox kiçilib. Belə ki, 2023-cü ilin iyulun 1-nə “İpək Yolu Sığorta”nın cəmi aktivləri 32,2 milyon manatdan 21,5 milyon manata kimi azalıb. Şirkətin cəmi öhdəlikləri 2,6 dəfə azalaraq 6,35 milyon manata, cəmi kapitalı isə 2% azalaraq 15,19 milyon manata enib.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

APA

SIĞORTANI İNDİ ƏLDƏ ET