preloader gif

Dövlət Sığorta Şirkəti “Bakı KOB evi” ilə - ƏMƏKDAŞLIĞA BAŞLADI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:38 11.01.2023

FED.az xəbər verir ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin “Bakı KOB evi”ndə nümayəndəliyi fəaliyyətə başlayır.

Bildiyimiz kimi, 06.01.2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxtın Nərimanov rayonunda sayca 3-cü olan “Bakı KOB evi”nin açılışı olmuşdur. Yeni açılmış “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Sığorta xidmətlərinə əlçatanlığı asanlaşdırmaq üçün “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara korporativ sığorta xidmətləri göstəriləcəkdir. Nümayəndəliyin iş rejimi həftəiçi 5 gün olmaqla, saat 09:00-18:00 təşkil edəcəkdir.

SIĞORTANI İNDİ ƏLDƏ ET