Bu ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard manatdan çox olub.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 % və ya 646,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % artaraq 2,6 milyard manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % artıb və 142 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,3 % artaraq 104,1 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % artıb və 733,2 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 48,7 % artaraq 507 milyon manat olub.
Mənbə: Fed.az