"Formula 1" üzrə dünya çempionatının təqvimində Çin Qran Prisini əvəzləyə biləcək ölkələr müəyyənləşib.
Bu barədə Portuqaliyanın Avtomobil və Kartinq Federasiyasının prezidenti Ni Amorim açıqlama verib.
O, Portuqaliyanın Türkiyə ilə rəqabət aparacağını bildirib.
Qeyd edək ki, 14-16 apreldə Çində keçirilməsi planlaşdırılan yarış ləğv edilib. Bundan sonra 28-30 apreldə Azərbaycan Qran Prisi gerçəkləşəcək.
Mənbə: Fins.az