preloader gif

Azərbaycanda 12 sığorta şirkətinin ödənişləri - ARTIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:28 02.12.2022

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət (“Meqa Həyat Sığorta” ASC) ötən ilin yanvar-oktyabr aylarında ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir. Bu şirkət 10 ay ərzində 1,155 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 13,7 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Günay Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 3,414 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,4% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "PAŞA Həyat Sığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 181,302 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 90,1% azalaraq 150 min manata düşüb. (Renkinq)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET