preloader gif

Tanınmış sığorta şirkəti rəsmi veb səhifəsini yenilədi – ONLAYN ÖDƏNİŞ – ONLAYN SİFARİŞ TƏTBİQ EDİLDİ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
16:42 17.11.2022

Azərbaycan sığorta bazarının iri və aktiv şirkətlərindən olan “Azərsığorta” şirkəti yenilələnmə işlərini uğurla davam etdirir.

FED.az xəbər verir ki, müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də müştərilərin “Azərsığorta” şirkətinin sığorta məhsulları və xidmətləri barədə məlumatların daha geniş və rahat şəkildə əlçatan olması üçün rəsmi veb səhifəsini  yeniləyib.  

sinin keyfiyyətinin artırılması ilə yanaşı texnoloji həllərə hədəflənmiş yeni saytda istifadəçilər üçün “Onlayn ödəniş” və “Onlayn sifariş” bölmələri də yaradılıb.

Yenilənmiş sayta  daxil olmaqla istifadəçilər şirkətin tarixi, strukturu, şirkətin bazara təqdim etdiyi geniş çeşidli sığorta məhsulları, filialları və digər məlumatlarla tanış ola bilərlər.  

Xatırladaq ki,“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.

Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET