İcbari tibbi sığorta xidmətlərinə qoşulan özəl tibb müəssisələrinin sayı artıb.
Fins.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 10-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan əvvəl icbari tibbi sığorta xidmətlərinə qoşulan özəl tibb müəssisələrinin sayı 27 idisə, bu gün həmin xəstəxanaların sayı 92-yə çatıb.
Z.Əliyev bildirib ki, bu il 215 milyon manatdan çox icra olunmayan vəsait 2023-cü ilin büdcəsinə transfer olunacaq: “Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin artırılması üçün layihə hazırdır və aidiyyəti qurumlarla razılaşdırılıb. Yaxın zamanlarda dəyişikliklərin öz təsdiqini tapması gözlənilir”.
Mənbə: Fins.az