preloader gif

Tesla-nın rekordu investorları - SEVİNDİRMƏDİ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
13:55 06.10.2022

ABŞ-ın Tesla şirkəti, 2022-ci ilin üçüncü rübündə davam edən istehsal və logistika çətinliklərinə baxmayaraq, nəqliyyat vasitələrinin təhvil verilməsində rekord qırıb, amma təhvil sayı proqnozdan aşağı olub. 

Fins.az xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Tesla 2022-ci ilin üçüncü rübündə dünya üzrə sifarişçilərə 343 830 avtomobil təhvil verərək rekord qırıb. Bloomberg-in sorğusuna qatılan analitiklər 358 000 ədəd təhvil proqnozlaşdırırdılar. Bir il əvvəlin analoji dövründə bu rəqəm 241,3 min olmuşdu.

"İstehsal həcmlərimiz artmağa davam edir. Lakin nəqliyyat vasitələrinin logistikası xərcləri artır"- Texasda yerləşən elektrik avtomobil istehsalçısının açıqlamsında bildirilir.

Şirkətin Baş direktoru Elon Musk Twitter-də bildirib: "Xərcləri azaltmaq və Tesla komandasındakı stressi azaltmaq üçün son rübün çılğın təhvil dalğasını yüngülləşdirmək istəyirik. Biz növbəti rüblərdə daha sabit təhvillər hədəfləyirik”.

Tesla-nın açıqladığı rəqəmlər qlobal iqtisadiyyatdakı pisləşmənin istehlak tələbini azaldacağına dair artan narahatlıqlar fonunda açıqlanıb. Mənfi gözləntilər keçən həftə Apple-dan Teslaya qədər bir çox şirkətin səhmlərinin aşağı düşməsinə səbəb olmuşdu.

Bu açıqlamadan sonra Tesla səhmləri Asiya bazarlarında ucuzlaşıb.

Mənbə6 Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET