preloader gif

Maliyyə Nazirliyi tender elan edir - İŞTİRAK QAYDASI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:56 26.11.2021

Maliyyə Nazirliyi "Bakı Konqres Mərkəzi" MMC açıq tender elan edir. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elektrik avadanlıqlarına ehtiyat hissələrinin satınalınması üzrə elan olunmuş tenderdə iştirak haqqı 70 manatdır. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra "Asan Ödəniş"lə ödə" düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Portalda tələb olunan sənədlər bölməsi üzrə:

1. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış(rəsmi blankda (və ya notarial qaydada təsdiq olunmuş) və müsabiqənin elan olunan tarixdən sonrakı tarixlərə olmalıdır);

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Maliyyə vəziyyəti haqqında bank arayışı(müsabiqənin elan olunan tarixdən sonrakı tarixlərə olmalıdır);

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

5. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması(rəsmi blankda (və ya notarial qaydada təsdiq olunmuş) və müsabiqənin elan olunan tarixdən sonrakı tarixlərə olmalıdır);

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

7. Nizamnamə(notarial qaydada təsdiq edilmiş);

8. Qeydiyyatdan keçdiyi ölkə;

9. Rekvizitlər;

10. Şərtlər toplusunda verilmiş Əlavə 3;

11. Şərtlər toplusunda verilmiş Əlavə 4;

12. Tender prosedurunda iddiaçı tərəfindən əlaqələndirici şəxs haqqında məlumat.

2. Portalda texniki meyarlar üzrə:

Portalda texniki bölümündə qiymətləndirməni aparmaq üçün iddiaçı tərəfindən müvafiq sənədlər yüklənməlidir.

3. Maliyyə təklifi bölməsi üzrə:

1. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

2. Tender təklifi əlavə 5 formasında (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 13.12.2021-ci il saat 10:30 tarixinə qədər, tender təklifi ilə bank təminatı sənədlərini 21.12.2021-ci il saat 12:00 tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22.12.2021-ci il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

SIĞORTANI İNDİ ƏLDƏ ET