preloader gif

Əkin subsidiyasının aqrar sığorta əsasında verilməsinin şərtləri açıqlandı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
14:29 03.09.2021

Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərmanla bağlı açıqlama yayıb.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Sözügedən dəyişiklik, ölkənin ərzaq təhükəsizliyində və ixrac yönümlü istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq. Hər il üzrə həmin məhsulların siyahısı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək.

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi ölkənin kənd təsərrüfatına dəstək, aqrar sahəni təhlükəsiz biznes sektoruna çevrilməsi və bu sahəyə yatırılan böyük həcmdə investisiyaların etibarlı qorunması məqsədilə tətbiq edilir. Tətbiqindən keçən qısa müddətdə aqrar sığortadan ölkənin bir çox rayonunda istifadə edilməyə başlanıb. Qlobal iqlim dəyişiklikləri və təbii fəlakətlərin ən çox kənd təsərrüfatı istehsalçılarına risklər yaratdığı nəzərə alındıqda bu sahədə dövlət dəstəkli sığortanın tətbiqi və fermerlərdə sığorta vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Yeni Fərmanın əhatə etdiyi təsərrüfatların sayının ölkə üzrə ümumi fermerlərin və təsərrüfatların cəminin cüzi qismini təşkil etməsi nəzərdə tutulur. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Başqa sözlə, bu yenilik fermer və aqrar təsərrüfatlara əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET