preloader gif

Azərbaycan Sənaye Sığorta | Şirkət Haqqında


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!


Şirkət
Azərbaycan Sənaye Sığorta
Sədr
Əfəndiyev Orxan Oqtay oğlu
Lisenziya
000626
Vöen
9900011151
Nömrə
Ünvan
Həsən Seyidbəyli küç.,122, “Gümüş Plaza” iş mərkəzi. Səbail r-nu,Bakı, Azərbaycan, AZ1001
Elektron Ünvan
Təsvir

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir.

2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən Cəmiyyətin təşkilatı-hüquqi forması dəyişdirilərək Açıq Səhmdar Cəmiyyət olmuşdur.

125 000 ABŞ dolları həcmində nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçən Cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır.

28 iyun 2012–ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Beləliklə Cəmiyyət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir.

12 dekabr 2012-ci il tarixində Cəmiyyətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır.

29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin, Səhmlərinin 75% “Anadolu İnvestment Kompani”MMC-yə, 25%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Hazırda Cəmiyyət 30-a yaxın nümayəndəlik və satış mərkəzləri ilə geniş bir əhatədə müştərilərinə operativ xidmət göstərməkdədir.

2014-cü ildən Azərbaycan Respublikası Prezidenti Yanında Vətandaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə cəmiyyət arasında tərəfdaşlıq müqaviləsi imzalanaraq, əlaqədar agentlik vasitəsi ilə fiziki və hüquqi şəxslərə sığorta məhsullarının satışı təmin edilməkdədir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 02 aprel 2012-ci il tarixində sığorta fəaliyyəti, 28 fevral 2014-cü il tarixində isə təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.

26 dekabr 2014-cü il tarixində Cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmış, həmçinin ingilis dilində tam rəsmi adı dəyişdirilərək “Azerbaijan Industrial Insurance”OJSC olmuşdur.

Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə iki beynəlxalq mükafata layiq görülüb, Global Brands Magazine tərəfindən “Best non-life insurance company-Azerbaijan 2016” və Finans Digest Magazine tərəfindən "Brand of Business Excellence-Azerbaijan 2016”.

2017-ci ilin fevral ayında Azərbaycan Sənaye Sığorta ASC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu statusu" əldə edib