Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Fəaliyyətini bəyənmədim. YNH dəymiş zərəri qaydaya zidd olaraq yalnız foto əsasında təyin edib. Preyskurantları təqdim etməyib. Hər sənədi elektron qəbul edir, preyskurantı isə bürokratik yolla, ofisdən götürmək təklif edib. SMS ilə link yollayıb, hadisənin statusunu izləmək üçün, avtonun təmirdə olduğu bildirilir, onlara təmirə avto təqdim etmədiyim halda. Qiyməti sms ilə yollayır 3 təklif ilə: razıyam, təmirə verirəm, razı deyiləm. Narazı müştəri öz preskurantını əlavə etməlidir. Öz preskurantımı əlavə edib yolladım, nəzərə alınmır. Zərəri rəsmi servis 645 azn ilə qiymətləndirib. Sığortanın 160 azn ilk qiyməti idi. Növbəti qiymətlər həmin məbləğ ətrafında təyin olunurdu. İşinin keyfiyyəti ilə seçilməyən təmirxanalara qiymətləndirməyə yönəldir. Rəsmi servis ilə işləmir. Ekspert qiyməti 450 azn. Ekspertin qiymətləndirilməsini 1 ay gecikərək sms ilə təqdim edib. Cəmi 4 il sürülən avtonun hadisə nəticəsində yararsız hala düşmüş buferin, nədənsə yeni deyil, işlənmiş qiymətini hesablayıb. Bir sözlə 13 iyul 2025 tarixində hadisə nəticəsində zərər çəkmiş 10LY745 DQN avtomu öz hesabıma təmir etmişəm, hələ sığortadan 1 qəpik görməmişəm. Süründürməçiliklə seçildi şirkət. Yaxşı ki, tanıdım illərlə müqavilə bağladığım şirkəti.