preloader gif

“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı təkrar hərrac keçiriləcək

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
14:52 17.09.2021

Ləğv prosesində olan “Standard Insurance”  Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rəsm əsərləri   ilkin satış qiyməti olan 1500 manatdan 10% aşağı olmaqla, yəni 1350 (bir min üç yüz əlli) manata təkrar (II) açıq hərraca çıxarılmışdır.

Təkrar hərrac  “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən  21 sentyabr 2021-ci il tarixində saat  11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Fins.az ASC “Standard Insurance”-ın ləğvetmə komissiyasına istinadən xəbər verir ki, təkrar hərracda iştirak üçün hər bir rəsm əsəri üzrə 67.50 (altmış yeddi man.50 qəp.)  manat məbləğində behi, hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək ödənilməlidir.

Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb. 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

//e-herrac.com/advertisement/dasinar-emlak/diger/tekrar-herracin-kecirilmesine-dair-elan-1

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Mənbə: Fins.az

S/S

Barcode

Əsas vəsaitlər

Ölçü

Hərrac dəyəri

Təkrar  Hərrac dəyəri

Behin məbləği

1

1800

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-1

1500

1350

67.50

2

1801

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-2

1500

1350

67.50

3

1802

Şəkil "Teiptix Dəniz mənzərəsi"

Müseib Əmirov

65x196-1-3

1500

1350

67.50

4

1805

Şəkil "Köhnə Bakı"

Şübhan Məmmədov

80x140

1500

1350

67.50

5

1817

Şəkil "Mənim Bakı"

Sübhan Məmmədov

60x100.5

1500

1350

67.50

SIĞORTANI İNDİ ƏLDƏ ET