preloader gif

Sığorta şirkətləri bu avtomobilləri SIĞORTALAMAYACAQ - SİYAHI


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:29 17.09.2021

Azərbaycanda əksər sığorta şirkətləri aşağıda göstərilənmodel avtomobilləri icbari siğortalamağı dayandırıb.

Bu barədə sığorta eksperti İlkin İbrahimov Fins.az-a məlumat verib.

Ekspert bildirib ki, iyul ayının 1 dən Sığorta fəaliyyəti haqqında qanuna dəyişiklik edilib. Dəyişiklik sığorta agentlərinin sığortaçıda (sığorta şirkətində) vəzifə tutmasını qadağan edir. Yəni qanun sığorta agentlərinin müstəqilliyini tanıyır və ancaq onların sığorta edəcəklərini deyir. İcbarı sığorta məcburi olduğundan demək bu maşınları qanuna əsasən sığorta agentləri sığorta etməlidir. İcbari olduğundan İcbari Sığorta Bürosu və Nəzarətedici (Mərkəzi Bank)işə qarışmalıdır. Burada bəzi sığorta agentlərinin hüququ pozulur digər bir qism var ki, sığorta şirkətləri bəzi sığorta agentləri ilə işlədiyindən həmin avtomobilləri müəyyən olunmuş lisenziyalı agentlərə ötürür.Belə .

Siyahı aşağıda qeyd edilib

- Azsamand/ Bütün modellər

- Khazar/Bütün modellər

- Daewo/BS090 avtobus, Gentra,

- Damas Yük

- Qoşqu və yarımqoşqular/bütün növ

- Fiat/Albea

- Hyundai/Country avtobus

- İsuzu/Ecobus, SAZ NP 37 avtobus

- Kia/Forte

- London Taksi/Bütün modellər

- MG/bütün modellər

- Ravon/Bütün modellər

- Renault/Megane, Tondar

- Saipa/Bütün modellər

- ZAZ

- GELLY

- Baic

- Dong Feng

- Tofaş

- Changan

- Renault

- Toyota Prius

- Chevrolet Cruze 2016-dək

- Toyoto Prius 2016-dək

- Ford Fusion 2016-dək

- Kia Rio 2016-dək

- BMW 3-cü seriya 2001-dək

- Mercedes Benz C Class 2001-dək

- Mercedes Benz 190

- Opel Astra

- Opel Vectra

- Saipa

- Daewoo Nexia və Gentra

- İran Khodro

- London Taksi

- Lada (Vesta, Granta, Largus, Xray istisna olmaqla)

Şirkətlər bunu o modellərin taksi olaraq daha çox işlədilməsi və daha çox zərər görməsi ilə izah edir.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET