Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
A-Group Sığorta ilə əmlak sığortası var. 5 ildən çoxdur sığorta haqqı ödəyirəm. Sığorta hadisəsi baş verdi. Gəldi nağıl danışdı. Gəlib baxıb görür ki yuxarıdan su damır. Akt tərtib edib. İmza atmışam. Sonra xəbərim olur ki aktda həmdə qeyd edib ki təmir etməklərini istəmirəm. Və deyir ki jekdən akt gətirməlisən. Bəs sən gəldin, gördün yuxarıdan su damır, akt tərtib elədin, şəkil çəkdin, əlavə akt jek lazımdır? Belədəki sığorta hadisəsi baş verdikdə jek kimdi? Müqavilənin neçənci tərəfidi, bu məsələnin içərisində jek niyə olmalıdı? Sığorta haqqını alıb jekə verirsən?