Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
16.11.2019 Tarixdə Təbriz küçəsində 99-TP-121 Kia Rİo markalı avtomobil, bir neçə maşına, o cümlədən idarəetdiyim avtomobilə svetaforun qırmızı işiğında dayandığımız yerdə zəncirvari qəza nəticəsində ziyan vurmuşdur. İcabri sığortaçı Atəşgah-dır. Artıq 3,5 aydır ki, 500 manat məbləğində təyin olunan ziyan ödənilmir. Süründürməçilik, laqeydlik, qeyri-peşəkarlıq... Palatanın bağlanması isə bunların xeyrinə oldu demek olar, heç cür haqqımızı ala bilmirik.