Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
1 ildir ki Qala Sığorta şirkətində avtomobilimi Kasko sığortasını etdim. Dekabr ayında avtomobilimin şuşəsini sındırıb, çantamı və digər qiymətli əşyalarımı oğurlandı. Dərhal hadisə yerinə gələn Qala sığorta şirkətinin əməkdaşları, hadisəni qeydə aldılar və avtomobilimi servisə təmir olmaq üzrə apardılar. Çox qısa bir müddətdə avtomobilim təmir oldu və mənə təhvil verildi. Bu qədər operativ xidmətlə qarşılaşacağımı gözləmirdim. Çox razı qaldım. Bütün əməkdaşlara təşəkkür edirəm.