Feedback List
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!
Оценка
+1
Подтверждено
Meqa Sığorta
Məlum olduğu kimi, “Meqa Sığorta” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Toyota Land Cruiser Prado markalı 90 LT 798 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 17.09.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Sizə məxsus Mercedes Benz E240 markalı 90 DL 011 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bildiririk ki, avtomobilə dəymiş zərər mütəxəssislərimiz tərəfindən araşdırılmış və dəymiş zərərin məbləği 2774 (iki min yeddi yüz yetmiş dörd) manat müəyyən edilmişdir. Sizə də məlum olduğu kimi hadisə zamanı hər iki sürücü hadisənin baş verməsində təqsirli bilinmişdir. Qeyd olunanları və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsini nəzərə alaraq Sizə 1387 manat sığorta ödənişi hesablanmışdır. Hesablanmış sığorta ödənişini Sizə ödəyə və ya avtomobilinizi həmin məbləğə (2774 manat məbləğin 50%-i (1387 manat) Sizin tərəfinizdən ödənilməsi şərti ilə) təmirə yönəldə bilərik. Nəzərinizə çatdırmaq istərdik ki, müəyyən edilmiş zərər məbləği ilə razı olmadığınız halda, “Meqa Sığorta” ASC Sizin yazılı razılığınızla dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazırdır.
2018-11-05 10:10:15