preloader gif

Qala Həyat Sığorta | Şirkət Haqqında


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!


Şirkət
Qala Həyat Sığorta
Sədr
Talıbov Anar Talıb oğlu
Lisenziya
000970
Vöen
2001269471
Nömrə
Ünvan
AZ1065,Azərbaycan,Bakı şəhəri,İzmir küç.,5a
Elektron Ünvan
Təsvir

“Qala Həyat” Sığorta Şirkəti Azərbaycan əhalisinə həyat sığortası üzrə xidmətlərini təklif etmək məqsədilə fəaliyyət göstərir. Şirkətin yaradılması “Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun imzalanması ərəfəsinə təsadüf edib.

Həyat sığortası şəxsin ölümü, xəstəliyi və əmək qabiliyyətini itirməsi ilə bağlı Sığorta ödənişinin birdəfəlik və ya dövri ödənişlər formasında ödənilməsini nəzərdə tutan sığorta növlərini əhatə edən sığorta sahəsidir. Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:

həyatın ölüm halından sığortası;

həyatın yaşam sığortası;

annuitet sığortası; 

əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;

sağalmaz xəstəliklərdən sığorta.

 

“Qala Həyat” Sığorta Şirkəti 13 041 600 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir və əsas səhmdarı aktivlərinə görə ölkədə ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

İri nizamnamə kapitalı ilə sığorta bazarına qədəm qoymuş “Qala Həyat” Sığorta şirkətinin əsas qayəsi Azərbayacan xalqına etibarlı həyat sığorta məhsulları ilə xidmət göstərməkdir. Dünyanın inkişaf etmiş dövlətlərinin hamısında həyat sığorta əhalinin işləyən təbəqəsinin ən vacib sosial haqlarından biri sayılır. Regionda söz sahibi olan və iqtisadi göstəricilərinə görə keçmiş sovet məkanında sürətli templərlə inkişaf edən, iri regional layihələrə imza atan Azərbaycan dövləti də əhalinin əsas sosial haqlarının qorunmasına böyük diqqət ayırır. Bu məqsədlə də Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” yeni qanun imzalandı. “Qala Həyat” Sığorta Şirkətinin əsas fəaliyyət istiqaməti həyat sığorta paketlərini təqdim etməklə xalqımıza güvənli və etibarlı xidmət göstərməkdir.

Hazırda şirkətimiz həyat sığortası üzrə xidmətlər göstərir. Şirkətimizin prioritet xidmətləri könüllü və icbari sığorta növləri üzrə sığorta məhsullarını təklif edir.

Təsis edildiyi gündən öz fəaliyyətini yüksək xidmət keyfiyyətini təmin edən beynəlxalq idarəetmə sistemi və standartları əsasında quran “Qala Həyat” Sığorta Şirkəti sığorta sahəsində təcrübəyə malik peşəkarlardan ibarət komandaya sahibdir. Şirkət fəaliyyətini müştərilərə fərdi yanaşma və onların maraqlarını tam nəzərə alan prinsiplər əsasında qurur. Məhsullarımızı və xidmətlərimizi xalqın bütün təbəqələrinə yaymaq və onların güvənc yeri olmaq istəyirik.