Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Salam. 2021ci ilin fevral ayında qarlı havada qəza baş verdi. Lada 07 arxadan deyerek menim masinima xeyli zerer deydi . dovlet qeydiyyat nisani 99 VR 694. xulase senedlesme getdi hamsi oz qaydasinda. geldik esas meseleye qiymetlendirme. qebul gunleri 2 ve 4cu gunler. gellib gorursen novbe, sorusursan kim qebul edir deyir mudur. sonra online iclasa qoşuldu. bu sigortanin vecine deyilki novbede musteri gozleyir. men işimi gucumu atib vaxt ayırıb gelirem , bunlar qebul vaxtina başqa işlərini salırlar. duz 5 dəfə gəl getden sonra yenede mesele tam hellini tapmadı. sonda butun bu eziyyet ceken insanlar kimi cehennem deyib olana razilasdim. sozum ondadiki, kim ki, bu sigortada eletdirmek isteyirse elemesin. hadisedi her kesin basina gele biler.Allah uzaq elesin. lakin zerer ceken teref bu sigortaya gedib size qarşi ureyinde xos sozlerini deyilmesini istemirsizse uzaq durun bu sigortadan. ustunden 1 il kecmesine baxmayaraq indi bura girmisken bunu yazmali idim. cunki o 5 defe gedib gelinen eziyyeti men cekdim.