Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
27.06.2021 ci il tarixdə PAŞA SIĞORTA ASC və mənim aramda olan RPA2110130353 saylı müqaviləyə və BB548105 saylı sığorta şəhadətnaməsinə əsasən əmlakım “sığortalanmışdır”. 14.12.2021 ci ildə ci ildə evimə axan yağış sularına görə adı çəkilən sığorta şirkətinə müraciət etmişəm, gəlib baxıblar lazımı sənəd ve qeydlər götürüblər. Lakin 11.01.2022-ci ildə mənə göndəriulən 0128/1 saylı məktubda Hidrometrologiya Departamentinə göndərdikləri sorğunun cavabına əsasən bildirirlər ki, 14.12.2021 ci ildə yağış yağmayıb, bu səbəbdən sığorta ödənişindən imtina edilir. Lakin 14.12.2021-ci il tarixdən 1 gün əvvəl güclü yağışlar yağmış və binanın damına yığılan sular üst mərtəbə qonşuya axaraq ordan mənim mənzilimə və mənim alt mərtəbəmdə yerləşən başqa bir ofisə axaraq ciddi ziyan vermişdir. Hadisə yerinə gələn sığorta əməkdaşıda bütün bunları qeyd etmişdir. Binanın damının qəzalı vəziyyətdə olmasına görə evimə axan suyun ziyan verməsinə görə ödəniləcək məbləğdən bu şəkildə imtina etmək, sığortaçını aldaqmaqdır, gələcəkdə əmlaklarını sığorta edəcək insanlarda sığorta şirkətlərinə qarşı inamın itməsinə səbəbdir.