Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
11.10.2021-ci il tarixdə qəza baş verib. Avtomobilimə arxadan zərbə deyib və zərbənin gücündən qabağdakı avtomobilədə dəyib. Qabaq kapot, oblisovka, qabağ bufer, arxa baqaj, arxa bufer və arxa nikel kant zədələnib. 70 AZN nikel kanta 380 AZN dörd detalın dəmirçi, plasmas və rənqsaz işinə pul ayrılıb. Soruşanda nədən bu qədər az bildirirlər ki, bizim servisnən endiririmimiz var. Yaxşıki endirim biraz da çox deyil yoxsa ümumiyyətlə 20-30 manat hesablanardı.
Həmçinin növbə məsələsi indiki pandemiya şəraitində çox biyabırçı şəkildə təşkil olunur. Sənədlərin qəbulu üçün özünə və digərlərinə hörmət qoymayan polis əməkdaşı vətəndaşları nömrə üzrə küçədən çağrılır. Onun çağırışını eşitmək üçün pandemiyada hamı ağız ağıza qapının ağzında, soyuqda gözləsin gərək. Deyəndədə ki, bes mənim növbəm niyə keçdi deyir demişdim, qulağını açıb eşidərdin cavabı alırsan. Sığorta şirkətinə üzlənib bildiriəm ki, digər rəylərdən göründüyü kimi vətəndaşları bu qədər haqsız yerə incitməklə, növbə sistemini vətəndaşları pandemiya şəraitində yoluxurmaq üçün qurmaqla, sizin kimi sığorta şirkətinin dövlət adı daşıması dövlətimizə ləkədir.