Şirkətlər barədə rəy bildirərkən konkret hal göstərilməlidir. Yəni rəy sığorta hadisəsi və ya sığorta əldə etmə prosesinə və istənilən digər konkret məsələyə aid olmalıdır.
Verilmiş olan rəydə konkret hal göstərilmədiyi təqdirdə, insure.az portalı verilmiş balı dəyişdirmə hüququna malikdir.
Verilmiş rəy insure.az portal tərəfindən sığorta şirkəti ilə yoxlanıldıqdan və həqiqətə uyğun olduğu müəyyən edildikdən sonra statusu “təsdiqlənib” olaraq dəyişdirilir.
Verilmiş rəydə qeyd olunan problem sığorta şirkəti tərəfindən həll edildiyi təqdirdə status “həll edilib” olaraq dəyişdirilir.
Nalayiq ifadələr yer alan və təkrar yerləşdirilən rəylər dərhal portaldan silinir.
Digər bütün rəylər təsdiqini tapıb-tapmamasından asılı olmayaraq saytda saxlanılır, lakin təsdiqini tapmayan rəylər üzrə ballar reytinqdə hesablanmır.
Sürücü maşınını yolun hərətək hissəsndə saxlayıb qapını açıb və mənim maşımın bütün sağ tərəfinə çırpılıb. 1. Sığorta şirkəti zərəri düzgün hesablamayıb. 3 müxtəlif yerdə hesablatdırmışam, 2 dəfə artıq qiymət deyirlər. Təmir şirkətləri pis günə düşmüş qapını yenisi ilə əvəz eləmək istəmir. 2. 50% az hesablanmış məbləğin də 50%-ini verirlər, günahı atırlar sərnişinin üstünə. Bu 50%-i hələ şikayətdən sonra təklif ediblər, ilkin müraciətdə öhdəliyin yaranmadığını bildirmişdilər. Nəticədə 2 aydır maşınsız qalmışam və dəymiş ziyanın da ancaq 25%-ini (yalnış hesbalanmış ziyanın 50%-i) təklif edirlər.