22 dekabr 2019 tarixində atam Sabir Şəfiyev tərəfindən idarə olunan avtomobil Sədərək ticarət mərkəzinin ərazisində digər NV ilə toqquşmuşdur. Hadisənin günahkarı atam olduğundan hadisə yerinə maşının siğortalı olduğu ATA siğorta şirkətinin əməkdaşını çağırdıq. Əməkdaş hadisə yerinə gələn andan hər cür provakasiya və kobudluğa əl atmağa başladı. İddia etməyə çalışdı ki, guya avtomobili atam yox mən idarə etmişəm, buna görə siğorta ödənişi almaya bilərik. Mən isə mədəni şəkildə bildirdim ki, avtomobili mən yox atam idarə edib və bununla bağlı polis protokolu var. O isə kobud şəkildə bildirdi ki, nə polisə nə də mənə inanmır. Beləcə onunla aramızda mübahisə yarandı. Mən əməkdaşlarının kobudluğu barədə ATA Siğortanın baş ofisinə yaxınlaşıb şikayət ərizəsi yazsam da onlar öz əməkdaşlarını müdafiə etdilər və mənə qarşı kobudluqlarına davam etdilər.
Sizə məsləhətim budur ki, əgər əsəblərinizi korlamaq istəmirsizsə bu siğorta şirkətindən uzaq durun. Ümid eliyirəm ki, yaxın zamanda necə ki, ATA Bank bağlandı bunların fırıldaqçı ATA Siğorta şirkəti də bağlanar.