1 ay əvvəl Günay sığortanın saytında səfər sığortası aldım. Sonra Polşaya getdim və orda mənə sığortanın vaxtını artırmağı dedilər. Təcili müqavilə istədilər. şirkətə ordan əlaqə saxlaya bilmirdim.Facebook səhifələrinə yazdım cəmi 10 dəq ərzində müqaviləmi dəyişdirib göndərdilər. Həmin vaxtda köməyə çox ehtiyac var idi. Düşünmürdüm ki, facebookda belə operativ həll edərlər. Ona görə bunu qiymətləndirməyi özümə borc bildim. Səhifələrinə və hər yerdə bu şirkətin səfər sığortası ilə bağlı xidmətindən danışacam.