A Group Sığorta şirkətində koprorativ tibbi sığortalıyam. Stomotoloq Mirhüseynov soyadlı birinə ilk dəfə yazıldığım zaman sinirləri yerində olan amma çirk edib şişmiş dişimə "mütləq çıxarılmalıdı" diaqnozu qoyuldu. Həm həkimin insani keyfiyyət münasibətindən həm də diaqnozunu digər həkimlərlə müzakirə etdikdəndən sonra səhv qoyulmağı haqqda sığorta şirkətinə bu həkimdən şikayət etdim. Sığorta şikayətimə anındaca reaksiya verdi. Ekspert kimi fəaliyyət göstərən Stomotoloq Şamil Rzayev doktora yazıldım. Dişimin çıxarılmağa ehtiyac olmadığı və müalicəsi mümkün olduğunu bildirdi. Və 1 ay içində müalicəsini çox səbrlə və müasir alətlərlə edərək narahatlığımı aradan qaldırdı.
A Group sığorta şirkətinə və Dr.Şamil kimi mədəni, öz işini bilən insana öz təşəkkürümü bildirirəm.